İlan pişiyi yedi, lakin onu həzm edə bilməyib qusdu - FOTOLAR

  • By admin
  • 08 Sentyabr 2017 13:18

08

Piton ilan pişiyi diri-diri udub. Sonra isə onu həzm edə bilməyən ilan ovunu qusmalı olub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Taylandda baş verib.

Belə ki, 5,1 metr uzunluğunda olan piton ilan evin bağçasına girərək ev pişiyini yeməyə başlayıb. Bu zaman bağçaya çıxan evin sahibi pişiyinin ayaqlarını pitonun ağzında görüb.

59 yaşlı Poti Thani bildirib ki, evində belə bir hadisənin baş verdiyinə görə özünü yaxşı hiss etmir: “Bobo adlı pişiyim bağçaya çıxmışdı. Bir müddətdən sonra onun geri qayıtmadığını hiss etdim. Başladım pişiyi axtarmağa. Bu zaman Bobonun ayaqlarını pitonun ağzında gördüm. Bir neçə dəqiqədən sonra pişiyi həzm edə bilməyən ilan ovunu qusdu. Artıq Bobo ölmüşdü”.

10

09

07

06

Anar

Gununsesi.info