İlan sancan 20 nəfər xəstəxanaya YERLƏŞDİRİLİB

  • Müəllif: Firuzə
  • 06 Avqust 2025 10:39

İyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib.

Bu barədə Gununsesi.info-nun sorğusuna cavab olaraq Mərkəzdən bildirilib.

Şöbəyə qəbul edilən xəstələrdən 39 nəfər dərmandan, 47-si sirkə turşusundan, 4-ü həlledici məhluldan zəhərlənən şəxslərdir.

Həmçinin 20 nəfər ilan sancması, 3 nəfər allergik reaksiya, 3 nəfər botulizm, 2 nəfər göbələk zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (1 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.

Gununsesi.info