İlanın həyətdə ailə üzvlərinin üzərinə şığıması onları qorxuya salıb.
Gununsesi.info ARB TV-yə istinadən bildirir ki, Astaranın Şiyəkəran kəndində Ərəstun İmanova məxsus yaşayış evi son günlər ilanların hücumuna məruz qalır. Ev sakinləri bildirir ki, havaların isti keçməsi ilə ilanlar daha da aktivləşib. Artıq bir neçəsini öldürsələr də, ilanlardan yaxa qurtarmaq mümkün olmayıb.
Sevinc İmanova (sakin) : “Bir neçəsini öldürmüşəm. Tez-tez rast gəlirik. Kim gəlir həyətə qışqırır ki, ilan var. Rahatçılıq yoxdur”.
Sözügedən evdə bir neçə ildir yaşayış olmadığından həmin həyətdə bir neçə növ ilanın məskən saldığı ehtimal edilir. İlanların hamısı zəhərli olmasalar belə, təsərrüfata ziyan vururlar. Onlar kiçik ev quşları ilə qidalanır.