İldə 3 milyon avro maaş alan Mxitaryan “Roma”dan göndərilir

  • By admin
  • 26 Yanvar 2022 16:03

“Roma” futbolçusu Henrix Mxitaryanla yolları ayırmaq haqda düşünür.

Gununsesi.info “La Repubblica”ya istinadən xəbər verir ki, klub rəhbərliyi erməni futbolçu ilə bu yay başa çatacaq müqaviləni yeniləməyəcək. Beləliklə, bundan sonra 33 yaşlı yarımmüdafiəçi azad agent olacaq.

HTML tutorial

“Roma” artıq Mxitaryana əvəzləyici axtarışına çıxıb. O, ilinə 3 milyon avro maaş alır. Klubun onunla müqaviləni uzatmaq istəməməsinin bir səbəbi də futbolçunun yüksək gəliridir.

 

 

Gununsesi.info