İldırım mal tövləsini kül etdi - FOTOLAR

  • By admin
  • 11 İyul 2016 15:40

qax (3)

 

Havanın qeyri-sabit keçməsi, göy guruldamasından sonra ildırım mal tövləsinə düşüb və tövlədə yanğın baş verib. Gununsesi.info məlumat verir ki, hadisə bu gün səhər saatlarında rayonun Tasmalı kəndində qeydə alınıb. Kənd sakini 49 yaşlı Ələsgər Orucova məxsus həyətyanı sahədə yerləşən mal tövləsi güclü göy guruldamasından sonra yaranan ildırımının düşməsi nəticəsində yanmağa başlayıb. Dərhal hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.Təqribən 2 saata yaxın müddətdə yanğınsöndürənlər yanğının qarşısını almağa çalışıblar. Nəticədə ümumi sahəsi 70 kvadratmetr  olan mal tövləsi təmamilə yanıb.Tövlə sahibi bildirib ki, yanğın nəticəsində tövlənin çardağında olan 4 maşın ümumi çəkisi 10 ton olan açıq ot da yanaraq kül olub.

Faktla bağlı Qax Yanğından Mühafizə Hissəsində araşdırmalar aparılır.

Yanğının ildırım düşməsi nəticəsində yaranması ehtimal olunur.

 

qax (4)

 

 

qax (1)

Gununsesi.info