İstanbulda bir kişi sevgilisinin qəhvə fincanına təbəssüm simvolu çəkdiyi üçün mübahisə etdiyi qəhvə hazırlayanı dəfələrlə yumruqlayıb. Hadisənin təhlükəsizlik kamerasına əks olunan görüntüləri üzə çıxıb.
Gununsesi.info xəbər verir ki, ötən ilin oktyabrında baş verən ilginc hadisənin görüntüləri ortaya çıxıb. Bir şəxs sevgilisi ilə kafeyə gedib və qəhvə sifariş verib. Sifarişləri hazırlayan işçi qadının qəhvəsininüzərinə təbəssüm simvolu çəkib. Sevgilisinin qəhvə fincanında təbəssüm simvolu olduğunu görən şəxs həmin işçi ilə mübahisə etməyə başlayıb.
Mübahisə böyüdükcə qəzəbli şəxs köynəyini çıxararaq xidmətçiyə hücum etməyə başlayıb. İşçilərin və digər müştərilərin saxlamağa çalışdıqları qəzəbli şəxs bir-bir yumruq ataraq adamı yerə yıxıb. Müştərilər bir müddət onu yerə vurmağa davam edən hücum edəni kənara çəkməyi bacarıb.
Qəzəbli şəxsin mübahisədən sonra baristanı dəfələrlə yumruqla vurduğu anlar kafenin təhlükəsizlik kamerasına düşüb. Digər tərəfdən tərəflərin bir-birindən şikayət etmədiyi də öyrənilib.
Gununsesi.info