İlginc olay: Müxalif deputatı qatıldığı tədbirdən bayıra çıxardılar – SƏBƏB

  • By admin
  • 18 Yanvar 2024 15:41

Cənubi Koreyada parlamentin müxalifətçi üzvü iştirak etdiyi tədbirdən çıxarılıb.

Gununsesi.info xəbər verir ki, deputat salamlaşarkən Cənubi Koreya prezidenti Yoon Suk-yeolun əlini buraxmadığı üçün təhlükəsizlik qüvvələri tərəfindən tədbirdən qovulub.

“Yonhap” agentliyinin məlumatına görə, müxalifətdən olan deputat Kanq Sunq-hee prezident Yoon Suk-yeolun da qatıldığı Coonju şəhərindəki Sori İncəsənət Mərkəzində keçirilən mərasimə qatılıb. Görüşərkən prezident Yoonun əlini buraxmayan Kang mühafizəçilər tərəfindən zaldan çıxarılıb.

Baş verənlərlə bağlı mətbuata açıqlama verən Prezident Adminstarsiyası rəsmisi sözügedən deputatın qışqıraraq Yoon Suk-yeolun əlini buraxmadığını bildirib. Rəsmi bildirib ki, Kanq əl sıxma zamanı davranışına görə təhlükəsizlik qüvvələri tərəfindən xəbərdarlıq edilib.

Deputatın yüksək səslə qışqırmağa və tədbirdə təxribat etməyə davam etdiyini bildirən rəsmi, bu vəziyyətin təhlükəsizlik təhlükəsi kimi qiymətləndirildiyini və Kanqın “keçilməməsi lazım olan xətti keçdiyini” qeyd edib.

Kanq isə hadisə ilə bağlı mətbuata açıqlamasında Yoon Suk-yeola yalnız “dövlət işlərinin prinsipini dəyişməsini” istədiyini, əks halda xalqın narazı qalacağını bildirib. Mühafizəçilərin onu çölə çıxardığını bildirən Kanq, ağzının qapadıldığını və eynəyinin əlindən alındığını bildirib.

Gununsesi.info