Müğənni İlhamə Qasımova uzun zamandır arıqlamağa çalışsa da, istəyinə indi çatıb.
Gununsesi.info xəbər verir ki, ifaçı ideal bədənə sahib olmaq üçün 10 kq-ın öhdəsindən gəlib. Sosial şəbəkə vasitəsilə bu nəticəni əldə etdiyinə görə, məsləhətçisinə təşəkkür edib:
“Bu gün nəhayət, 5 aydan sonra 10 kq aşağı nəticə oldu. Əlbəttə ki, əziz məsləhətçimiz sayəsində… Allah eləməsin nəsə düz yeməsək… gecə yuxuda görür bizi, o, dəqiqə deyir “qayda pozulub”. Allah səbr versin, 6-7 kq da itirsəm olacaq super. Bacarsam!”
Gununsesi.info