İlhamə Quliyevanın 2 milyon 700 min pulu olub?

  • By admin
  • 23 Avqust 2016 14:40

quliyeva

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə davam edib.

Gununsesi.info xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovanın vəkili Vasif Mirzəyev vəsatətlə çıxış edib. O, cinayət işində Orxan Bəkirovun çəkdiyi videonun sübutlar siyahısından çıxarılmasını istəyib.

Vəkil hakimə bildirib ki, istintaqda mərhum İlhamə Quliyevanın 2 milyon 707 min manat olması barədə qeydlər göstərilib: “Lakin bu, düzgün araşdırılmayıb”.

Vəsatət baxılmamış saxlanılıb.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. M.Hüseynova özünü təqsirli bilmədiyini deyib. Proses avqustun 30-da davam edəcək.

Xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

 

Gununsesi.info