İlhamə Quliyevanın köməkçisinin məhkəməsindən xəbər var

  • By admin
  • 30 İyul 2016 11:27

quliyeva

 

Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova barəsində olan cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Gununsesi.info “APA”ya istinadən xəbər verir ki, bu barədə M. Hüseynovanın vəkili Vasif Mirzəyev deyib.

Onun sözlərinə görə, hələlik məhkəmənin vaxtı məlum deyil.
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.

 

Gununsesi.info