Mən deməkdən bezmişəm, bunlar danışmaqdan bezmir.
Bu sözləri əməkdar artist Əli Mirəliyev mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Fatma Əliyeva ilə oğlu Orxan Nadirov arasında yaşanan qalmaqal haqda Axar.az-a danışarkən deyib. O, Orxan Nadirovu sərt şəkildə ittiham edib:
“İlhamənin evində, onun yanında köməkçisi Fatma xanım, mən və qızım olmuşuq. Nə Orxanın anası Lalə, nə də arvadı Arifə İlhamənin evinin qapısını tanıyırdı. İlhamə evinə qoymurdu onları, telefonda söyürdü. Deyirdi, qələt eləmişəm səni övladlığa götürmüşəm. Təkcə İlhaməni yox, onun anası, xalq artisti Tükəzban xanım İsmayılovanı da Orxan öldürdü. Bəsdirin də, a bala, yazıq İlhaməni də öldürdünüz, əl çəkin də ondan!”
Xatırladaq ki, son günlərdə İlhamə Quliyevanın oğlu Orxan Nadirovla köməkçisi arasında qalmaqal yaşanır.