“İlhamənin yerini heç kim verə bilməz” - FLORA KƏRİMOVA

  • By admin
  • 01 Dekabr 2019 19:48

“Onun ifasını sevirdim. “Yandım elə yandım”ı Şövkət Əlkəbərova da oxumuşdu. Ancaq İlhaməni ifası ayrı idi”.

Gununsesi.org xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova mərhum Xalq artisti İlhamə Quliyeva barədə danışarkən deyib.

“ARB”-də “Səhər-səhər” verilişində qonaq olan F.Kərimova sağlığında küsülü olduğu İlhamə Quliyevanın yerini heç kimin verə bilməyəcəyini bildirib:

“Doğrudan da mahnılarına möhür qoyan idi. Ancaq sənətkar mənim üçün ayrı şeydir. Sənətkar bütöv bir varlıqdır. Son vaxtlar səsini titrədirdi. Amma onun yerini heç kim verə bilməz”.

 

Gununsesi.org