İlham Əliyevə vəkillik uğrunda savaş- YAP FUNKSİONERLƏRİ MƏMURLARDAN NARAZIDIR

İlham Əliyevə vəkillik uğrunda savaş

11 Apreldə keçiriləcək növbədənkənar prezident seçkilərində ölkə rəhbəri İlham Əliyevin vəkili olmaq uğrunda hakim komanda daxilində mübarizə başlayıb. YAP-ın adının çəkilməsini istəməyən funksionerlərindən birinin Gununsesi.info-ya verdiyi məlumata görə, İlham Əliyevin vəkili olmaq haqqını daha çox partiya funksionerləri daşısa da amma bəzi yüksək çinli məmurlar özlərini qabağa verir: “İllərdir ki, başlarını vəzifə qatıb, partiyanın həyatında hər hansı rolları yoxdur. Amma indi özlərini ortaya atıblar ki, Mərkəzi Seçki Komissiyası bizi İlham Əliyevin vəkili kimi qeydə alsın. Bu isə partiyanın İdarə Heyətində və Siyasi Şurasında narazılıqla qarşılanır”.

Həmsöhbətimiz onu da əlavə edib ki, İlham Əliyevə vəkil olmaq istəyən məmurlar bu istəklərini inzibati resurlarına arxalanaraq həyata keçirmək istəyir: “Bu gün elə nazir var ki, YAP üzvü olan deputatı belə qəbul eləmir. Biz hesab edirik ki, bu haqq partiya funksionerlərinindir”.  

Gununsesi.info

COMMENTS