İlham Əliyev Gəncə hadisələrindən DANIŞDI- VİDEO

İlham Əliyev Gəncə hadisələrindən DANIŞDI

Azərbaycan prezidenti İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib.
Gununsesi.info xəbər verir ki, ölkə başçısı Gəncədə baş verən hadisələrlə bağlı çıxış edib və deyib ki, terrorçu quruplaşma Azərbaycanda sabitliyi pozmağa cəhd edib.
Dövlət başçısı xatırladıb ki, iki polis əməkdaşı şəhid olub, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı isə yaralanıb: “Bu cinayəti törədən cinayətkar qrup Azərbaycanda sabitliyi pozmaq istəyir. Cəmiyyətimizi qorxutmaq üçün bu qanlı terror aktları törədilib. Bu terror aktları dini şüarlar altında törədilib. Bu, özlüyündə islam dininə qarşı ən böyük cinayətdir. İslam sülh, mərhəmət dinidir. Azərbaycan islam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Keçən il Azərbaycanda islam həmrəyliyi ili elan edilib”.

 

 

COMMENTS