İlham Əliyev: - Həlak olan hərbçilərimizin qisası alındı-VİDEO

Ali baş komandan İlhan Əliyevin Təhlüksəsizlik Şurası iclasında çıxışı yayılıb:

“Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir, hərbiçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradır, Azərbaycan öz dövlət sərhədini qorudu, 1 sm belə Ermənistan əsgərləri Azərbaycan torpağına keçə bilməmişdir.

Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq və bütün məsuliyyət Ermənistanın rəhbərinin üzərinə düşür.

Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha bunu göstərir.

Həlak olan hərbiçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb, qalmayacaq”.

 

Gununsesi.org