Azərbaycan prezidenti İlham Əliyev ermənilərin Bərdəyə raket hücumu ilə bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.
Gununsesi.info xəbər verir ki, ölkə başçısı Bərdədə həlak olanların qisanın alınacağını deyib:
“Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək”.
Gununsesi.info