
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 6-da Berlində Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans-Eberhard Şlayer və qurumun üzvləri ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə Almaniya arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Alman-Azərbaycan Forumunun idarə həyətinin üzvlərini aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda cəbhə xəttində törətdiyi təxribatlar barədə məlumatlandırıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı danışıqların vəziyyəti ilə bağlı Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvlərinə məlumat verib.