
İlham Əliyev Qırğızıstanın Prezidenti ə təbrik məktubu göndərib.
Gununsesi.info xəbər verir ki, Azərbaycanın dövlət başçısının təbrik məktubunda deyilir:
“Hörmətli Almazbek Şarşenoviç,
Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Qırğızıstan xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Əminəm ki, xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik dostluq telləri və xeyirxah ənənələr bundan sonra da Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətlərinin genişlənməsi üçün əsas olacaqdır.
Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Qırğızıstan xalqına sülh və firavanlıq diləyirəm.”
Gununsesi.info