İlham Əliyev Almazbek Atambayevi təbrik etdi

  • By admin
  • 30 Avqust 2017 18:00

2017_ilham_aliyev_04

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə təbrik məktubu göndərib.

Gununsesi.info xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli Almazbek Şarşenoviç, Sizi və bütün Qırğızıstan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımızı bir-birinə bağlayan xeyirxah dostluq və qarşılıqlı dəstək ənənələri Azərbaycan ilə Qırğızıstan arasında qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün bundan sonra da etibarlı təməl olacaq.

Hörmətli Almazbek Şarşenoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, Qırğızıstanın qardaş xalqına isə sülh və firavanlıq arzu edirəm”.

Gununsesi.info