İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət etdi

  • By admin
  • 25 Aprel 2018 11:57

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə – Anıtqəbirə gəlib.

Gununsesi.info-nun məlumatına görə, dövlət başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət edib.

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub.

Gununsesi.info