
İsfəndiyar Vahabzadə Azərbaycanın Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycannın Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Gununsesi.info-nun məlumatına görə, bu barədə prezident İlham Əliyevsərəncam imzalayıb.
Qeyd edək ki, Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri İsfəndiyar Vahabzadə mərhum xalq şairi Bəxtiyar Vahabzadənin oğludur.
Gununsesi.info