İlham Əliyev: “Bizim erməni xalqı ilə problemimiz yoxdur”

  • By admin
  • 05 Yanvar 2021 17:50

“Bizim erməni xalqı ilə problemimiz yoxdur, Azərbaycanda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Qarabağda yaşayan ermənilər də artıq başa düşürlər ki, onlar ancaq Azərbaycan dövləti çərçivəsində normal yaşaya bilərlər”.

Bu barədə dövlət başçısı İlham Əliyev mədəniyyət naziri Anar Kərimovla söhbət zamanı bildirib.

O həmçinin Qarabağın dini irsi, əsasən Alban kilsəsi irsi məsələsinə toxunub. “Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, bizim udi qardaşlarımıza qaytarılıb. Baxmayaraq ki, ermənilər bunun həm adını dəyişdirdilər, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər. Udilər artıq Xudavəngdə ibadət ediblər”, – o deyib.

Azərbaycanda erməni kilsələri də daxil olmaqla, bütün xristian kilsələri dövlət tərəfindən qorunur, bərpa edilir. Lakin ermənilər işğal olunmuş ərazilərdə 60-dan çox məscidi dağıdıblar”, – İ.Əliyev qeyd edib.

Gununsesi.org