İlham Əliyev “Böyük Qayıdış” Planının icrasından danışdı

  • By admin
  • 29 Sentyabr 2023 14:09

“Böyük Qayıdış” proqramının icrası bizim üçün bir nömrəli vəzifədir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

Erməni işğalından əziyyət çəkən insanların çətin şəraitdə yaşadıqlarını, mənəvi çətinliklərlə üzləşdiklərini, öz haqlı hüquqlarından məhrum edildiklərini xatırladan dövlətimizin başçısı vurğulayıb:

“Onlar bu imkanı, bu fürsəti 30 il idi gözləyirdilər ki, buraya qayıda bilsinlər. İkinci Qarabağ müharibəsi, bizim şanlı Qələbəmizlə bitən müharibə bu şəraiti onlara yaratdı. Bu gün bizdən gözləntiləri odur ki, tezliklə onları buraya (azad edilmiş torpaqlara – red.) qaytaraq. “Böyük Qayıdış” proqramının icrası artıq imkan verib ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə, Füzuli şəhərinə, Ağalı kəndinə, Talış və Zabux kəndlərinə qayıtsınlar”.

Prezident deyib ki, indiyədək səkkiz şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib və 30 kəndin təməli qoyulub: “Artıq 2 000-dən çox keçmiş məcburi köçkün evlərinə qayıdıb və ilin sonuna qədər onların sayı 5 500-ə çatdırılacaq”.

Gununsesi.info