İlham Əliyev bu generalları yola saldı

  • By admin
  • 17 Avqust 2021 21:03

Bu gün Prezident İlhan Əliyev Dövlət Sərhəd Xidmətinin iki generalını işindən kənarlaşdırıb. Hər iki general DSX rəisi Elçin Quliyevin müavinləridir.
Bu barədə Gununsesi.info-ya DSX-dakı mənbə bildirib.

Xəbərə görə, həmin generallardan biri general-leytenant Azad Ələkbərov yaş həddi ilə əlaqədər olaraq təqaüdə göndərilib.

HTML tutorial

Elçin Quliyevin digər müavini General -leytenant İsmayıl Əkbərov isə sərəncəma götürülüb. Onun yerinə general-leytenant Cavid Abdullayev təyin edilib.

General Abdullayev bundan qabaq DSX -in Maddi-Texniki Təminat Baş idarəsinin Qərərgah rəisi vəzifəsində olub.

Qeyd edək ki, general-leytenant Azad Ələkbərov DSX rəisinin müavini , DSX-in Şəxsi Heyətlə İş Üzə Baş idarəsinin rəisi vəzifəsini daşıyırdı.

İsmayıl Əkbərov isə DSX rəisinin müavini , DSX -in Maddi-Texniki Təminat Baş idarəsinin rəisi vəzifəsini tutub.

Elmar

Gununsesi.info