“İlham Əliyev bu gün o qədər güclüdür ki… -Emin Millidən növbəti yazı

  • By admin
  • 10 Aprel 2019 15:25

Almaniyada mühacir həyatı yaşayan Meydan Tv-nin rəhbəri Emin Milli Azırbaycandakı son proseslərlə bağlı növbəti məqalə ilə çıxış edib.

Gununsesi.org onun qeydlərini təqdim edir: Köhnə və yeni ideyalar və yanaşmalar arasında mübarizə hökümətin də, müxalifətin də daxilində gızışır.

Azərbaycanı müsbət istiqamətdə dəyişməyin və inkişaf etməyin yeni alternativ yolları axtarılır.

Ölkədə təcili olaraq ciddi iqtisadi və siyasi islahatlara start verilməlidir. Çoxları buna inanmasalar da, mən ümidliyəm və bu məsələdə çox optimistəm. Hiss edirəm ki, bütün tərəflərin, bütün xalqın islahatlara, yeni yanaşmalara, sivil dialoqa ehtiyacı var. Zorakılığa yox, məhz ciddi və dərin islahatlara.

Bütün siyasi məhbuslar May ayında azad edilməlidir ki, cəmiyyət və dünya ictimaiyyəti İlham Əliyevin niyyətinin nə qədər ciddi olduğunu görə bilsinlər. İlham Əliyev bu gün o qədər güclüdür ki, onun artıq heç bir siyasi məhbus saxlamağa ehtiyacı yoxdur. Siyasi məhbuslar problemi bu gün həm İlham Əliyevin, həm də ölkənin marağlarına qarşı işləyir.

Bir daha deyirəm ki, indiki mərhələdə iqtisadi və siyasi islahatların həyata keçirilməsi həm bütün hakimiyyətin, həm bütün müxalifətin, həm də bütün Azərbaycan xalqının və dövlətimizin marağlarına uyğun olardı. Gəlin neftin qiymətinin birdən aşağı düşməsini gözləməyək.

Gəlin Dövlət Neft Şirkətinin Beynalxalq Bank kimi məhv olmasını gözləməyək. Gəlin bu riskləri indidən anlayaq və azaldaq. Biz iqtisadiyyatı neftə yox, tam olaraq azad bazara, azad biznesə kökləndirsək tezliklə Sinqapur, Cənubi Koreya kimi inanılmaz nəticələr əldə edə bilərik. Bunun üçün ilk növbədə biznesdə hər kəsə bərabər şərait yaradılmalıdır.

İslahatları təcili başlamaq lazımdır. Bunun üçün isə bir-birimizi bağışlamağı öyrənməliyik. Bilirəm çətindir, amma hamının hamıya nifrəti bizi xilas edə bilməyib və xilas edə bilməyəcək. Sevgi göstərmək lazımdır, sevginin özü olmaq lazımdır. Güc sevgidədir, nifrət isə hamımızı məhv edir.