İlham Əliyev bu qanunu TƏSDİQLƏDİ

  • By admin
  • 18 Fevral 2022 13:45

Prezident İlham Əliyev Turizm haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, dövlət başçısı bu qanunun tətbiqi barədə fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində:

1. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, turizm və rekreasiya zonalarının nümunəvi əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

2. həmin Qanunun 20.3-cü maddəsinə uyğun olaraq, turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli;

3. həmin Qanunun 9.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Gununsesi.info