İlham Əliyev büdcədən 1,2 milyon manat ayırdı

Prezident İlham Əliyev Qusar rayonunun Qusar-Xudat (18 km)-Langi-Caqarqışlaq-Urvaoba-Atlıxan-Kuzunqışlaq Zindanmuruqqışlaq-Avaranqışlaq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Gununsesi.info xəbər verir ki, Sərəncama əsasən, beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qusar-Xudat (18 km) – Langi – Caqarqışlaq – Urvaoba – Atlıxan – Kuzunqışlaq-Zindanmuruqqışlaq – Avaranqışlaq avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,2 milyon (bir milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 

 

Gununsesi.info