
Ölkə başçısı İlham Əliyev Dəmir Yolu Muzeyinə simvolik maket hədiyyə edib.
Gununsesi.org xəbər verir ki, dəmir yollarına aid simvolik maket Muzeyin ekspozisiyasında nümayiş olunur.
İlham Əliyevin hədiyyəsi xüsusi eksponatlar arasında yer alır.
Qeyd edək ki, noyabrın 19-da ölkə başçısı İlham Əliyev Dəmir Yolu Muzeyi ilə tanış olub.
Məlumat verilib ki, Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu sahəsinin təntənəli açılışı 1926-cı il iyulun 6-da olub.
Muzeydə ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlar sərgilənir. /Azvision.az