İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi” - FOTO

  • By admin
  • 28 Oktyabr 2020 16:41

Prezident İlham Əliyev işğaldan azad olunmuş yeni ərazilərin adlarını açıqlayıb.

Gununsesi.info bildirir ki, bununla bağlı dövlət başçısı “Twitter”də paylaşım edib:

“Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

 

Gununsesi.info