Tanınmış türkiyəli köşə yazarı, “Tarafsız bölge” siyasi proqramının aparıcısı Ahmet Hakan “Hürriyet” qəzetindəki son yazısında Azərbaycan Prezidenti İlham Əliyev haqda yazıb.
Gununsesi.info xəbər verir ki, A.Hakan “Liderliyini təsdiqlədən adam: İlham Əliyev” başlıqlı yazısında Azərbaycan liderinin son illərdə qazandığı uğurları qeyd edib.
O, İlham Əliyevin dünya lideri kimi özünü təsdiqlətməsini belə əsaslandırıb:
” – Türkiyə ilə sarsılmaz bağlar yaratdı.
– Ərdoğan ilə taleyini birləşdirdi.
– Ordusunu modernləşdirdi.
– Qarabağdakı 30 illik işğala son qoydu.
Ətraflı
– Böyük bir travmaya son qoydu, xalqının xəyalını gerçəkləşdirdi.
– Qərbin dəstəklədiyi Ermənistanı məğlub etdi.
– Ermənistanın bütün niyyətlərini puç etdi.
– Rusiya və Qərb arasında inanılmaz müvazinət siyasəti həyata keçirdi.
– Həm meydanda, həm siyası masada qələbə qazandı.
– İnanılmaz bir diplomatiya həyata keçirdi.
* Kim nə deyirsə, desin, İlham Əliyevin dünya liderlərindən biri olması artıq qəbul edilmişdir”.
Gununsesi.info