İlham Əliyev dünyanın yeni təhlükəsizlik arxitekturasının qurulmasında xüsusu rol oynayır

Qarşıdan Azərbaycanın dövlət müstəqilliyinin növbəti ildönümü gəlir. Artıq arxada qalmış üç on illik ərzində Azərbaycanın Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş daxili və xarici siyasətinin ən başlıca uğuru, məhz müstəqilliyimizin qorunması, möhkəmlənməsi və inkişafıdır. Möhtərəm, cənab prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında 44 günlük Vətən Savaşında qazanılan parlaq və tarixi qələbəni təmin edən əsas amil də, elə müstəqil dövlət olaraq tarix səhnəsində öz yerimizi və rolumuzu nümayiş etdirməkdir.

Sabiq SSRİ-nin son rəhbəri Mixail Qorbaçovun birbaşa özündən və çevrəsindən dəstək alan ermənilərin “miatsum” ideologiyasının münaqişə zonasına çevirdiyi Qarabağ, 27 il ərzində işğal altında qaldı, lakin BMT və digər beynəlxalq qurumlar, o cümlədən ATƏT-in Minsk qrupu ərazi bütövlüyümüzün təmin olunması, milyonlarla qaçqın və məcburi köçkünümüzün problemlərinin kökündən həll olunması istiqamətində heç bir əməli addım atmadı. Nəhayət, Azərbaycan müstəqil dövlət olaraq dünyanın heç bir supergücündən, eyni zamanda qonşuluqdakı illər boyu erməniləri himayə edən, ona hərtərəfli köməklik göstərən “hərbi divlər”dən çəkinməyərək, işğalçı faşist ölkəsi olan Ermənistanı kapitulyasiya imzalamağa vadar etdi.

HTML tutorial

Bu gün Azərbaycan güclü dövlət kimi, Cənubi Qafqazda post-münaqişə dövrünün planlarını gerçəkləşdirir, işğalın və iki böyük savaşın yaralarını sağaltmağa çalışır, təkcə regionda və post-sovet məkanda deyil, beynəlxalq arxitekturası çökmüş, Beynəlxalq hüquq normaları ayaqlar altına atılan bütün dünyada sülhün təşəbbüsçüsü kimi çıxış edir. Rusiya-Ukrayna savaşı fonunda dünya təhlükəsizlik sistemi məchul bir dönəmdədir və onun necə olacağı qeyri müəyyəndir. Belə bir ağır və gərgin durumda ölkə prezidenti cənab İlham Əliyev müstəqil və müdrik siyasəti ilə geopolitik qarşıdurmalara qoşulmadan, yeni əməkdaşlıq sistemini qurmağa, mövcud əməkdaşlıq modellərini təkmilləşdirməyə yeni-yeni töhvələr verməkdədir.

Prezident İlham Əliyevin Brüsseldə, Avropa İttifaqının Nazirlər Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar apardıqdan və əhəmiyyətli uğurlara imza atdıqdan dərhal sonra İtaliyaya rəsmi səfəri, çoxsaylı və önəmli görüşlər keçirməsi, Çernobbio şəhərində təşkil edilən 48-ci Beynəlxalq Forumda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda möhtəşəm çıxışı və ciddi xarakter daşıyan sualları praqmatik, müdrik və Azərbaycanın dövlət və milli maraqları çərçivəsində cavablandırması heç şübhəsiz ki, ona bir daha Beynəlxalq səviyyədə böyük nüfuz və rəğbətin qazanılmasına qürur doğuracaq təsir göstərdi.

İtaliya Avroməkanda siyasi proseslərin formalaşmasında xüsusi rol oynayan ölkədir və ən yeni tarixdə Azərbaycanın dövlət müstəqilliyinə geniş dəstək verən strateji tərəfdaşımızdır. Xatırlatmaq yerinə düşər ki, 1994-cü ildə, müstəqilliyimizin bərpasından çox az vaxt keçməsinə baxmayaraq Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti və uzaqgörən siyasəti dünyanın aparıcı enerji şirkətlərini “Əsrin müqavilə”si ətrafında cəmləşdirdi. Azərbaycana siyasi dividentlər, iqtisadi və maliyyə uğurları gətirən neft strategiyası qısa zaman kəsiyində ölkəmizi Avropa bazarına neft ixrac edən ölkəyə çevrildi. İndi İtaliyanın enerji sektorunda Azərbaycan əsas ixracatçı ölkədir.

3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastruktur olan Trans-Adriatik (TAP) boru kəmərinin Balkan yarımadasından keçərək, İtaliyaya qədər uzanması və Avropa bazarında Azərbaycan yanacağına artan tələbatın ödənilməsi “Qoca Qitə” ilə aramızdakı iqtisadi-siyasi bağların möhkənlənməsinə möhkəm zəmin yaradır.

Əlbəttə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verəcəyi töhvələr və ixrac kəmərlərinin çoxşaxəliyi yaxın gələcəyin başlıca hədəfidir. Bu baxımdan iyulun 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması xüsusi önəm daşıyır və mahiyyətcə bu sənəd, Avropa ilə birgə fəaliyyətimizin yol xəritəsidir.

Fəzail Ağamalı, Ana Vətən Partiyasının sədri, Millət vəkili

Gununsesi.info