
Prezident İlham Əliyev Ermənistanın və bəzi xarici ölkələrin Azərbaycan ordusunun Ermənistan ərazilərinə girməsinə dair bəyanatına münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, ölkə başçısı deyib:
“Son hadisələrdə biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Yəni, bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Ona görə delimitasiya aparılmadan bizi heç kim Ermənistan ərazilərinə girməkdə ittiham edə bilməz”.
Gununsesi.info