
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Gununsesi.info-nun məlumatına görə, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə təltif edilənlərdən biri də iş adamı Nisanov Qod Semyonoviç olub.
Rusiyada yaşayan iş adamı “Dostluq” ordeninə layiq görülüb.
Qeyd edək ki, yəhudi əsilli Qod Nisanov Qubada doğulub.
Gununsesi.info