İlham Əliyev məşhur jurnalisti də mükafatlandırdı – FOTO

  • By turana
  • 28 Dekabr 2020 21:48

Prezident İlham Əliyev hazırda Türkiyədə çalışan tanınmış jurnalist Sevil Nuriyevaya “Azərbaycan həqiqətlərinin dünyaya çatdırlmasında göstərdiyi xidmətə görə” Dövlət Medalının verilməsi barədə sərəncam imzalayıb.

 

Gununsesi.info-nun xəbərinə görə, medal üçün ölkə rəhbərinə təşəkkür edən həmkarımız, həmçinin ona belə bir mükafatı tədim etdikləri üçün Diaspora Komitəsinə də minnətdarlıq edib: “Bu mükafatın Qarabag uğrunda savaşın Zəfərlə bitməsi ilində verilməsi, mənim üçün mənəvi qiymətini ölçüsüz etdi.

 

Mukafat alanlar içində Cavanşir Quliyev kimi əvəzi olmayan bəstəkar, Tənzilə Rüstəmxalı kimi həyatını erməni yalanlarının ifşasına adamış, Türkiyə-Azərbaycan münasibətlərinə ömür xərcləmiş ziyalı, Toğrul İsmayıl kimi sadəcə özü deyil ailesi ilə bərabər Azerbaycan Turkiyə münasibətlərinə, Azərbaycan davasına xidmət edən akademik, Aygün Hasanoğlu kimi alnının təri ilə, anasının ağ südü kimi halal peşəkar ziyalı ömrü yaşayan aydının, Seyfullah Türksoy kimi 30 illik peşə ömrünü Türk dünyasının problemlərini gündəmə gətirən, neçə filmin, neçə proqramların müəllifi Azərbaycan sevdalısı qəzetiçinin, Nigar Ogeday və Məhsəti Şərif kimi gözü könlü tox və vicdanlı savaşçı ruhlu jurnalistlərin və adlarını çəkəmədiyim daha neçə layiq olan adların olması məni ayrıca qürürlandırdı.

Mukafat alan bütün dostları ürəkdən təbrik edirəm. Almaq istəyən hər kəsə bundan daha uca, daha yüksək mukafatlar sahibi olmalarını ALLAHDAN arzu edirəm”.

 

Turanə Tağızadə

 

Gununsesi.info