İlham Əliyev Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun inşasına 1,8 milyon manat ayırdı

  • By admin
  • 15 May 2017 18:40

ilham-serencam_1

Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Gununsesi.info-nun məlumatına görə, 16 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,8 milyon  manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Gununsesi.info