İlham Əliyev Özbəkistan Prezidentinə başsağlığı verib

İlham Əliyev Özbəkistan Prezidentinə başsağlığı verib


Azərbaycan dövlət başçısı İlham Əliyev Özbəkistan prezidenti Şavkat Mirziyoyevə başsağlığı məktubu göndərib.
Gununsesi.info-nun məlumatına görə, məktubda deyilir: “Hörmətli Şavkat Miromonoviç.

Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində həmvətənlərinizin faciəli şəkildə həlak olması xəbəri məni son dərəcə sarsıtdı.

Baş vermiş bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Özbəkistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Qeyd edək ki, hadisə nəticəsində 52 nəfər yanaraq ölüb, 5 nəfər xəsarət alıb.

Gununsesi.info

COMMENTS