

Azərbaycan prezidenti İlham Əliyev Pakistana səfər edəcək.
Gununsesi.info-ya verilən xəbərə görə, səfərdə məqsəd martın 1-də İslamabadda keçiriləcək Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının XIII sammitində iştirak etməkdir.
Azərbaycan prezidenti İƏT sammitində məruzə ilə çıxış edəcək və iştirakçı ölkələrin liderləri ilə danışıqlar aparacaq.
Sammit çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli əlaqələr, regional və beynəlxalq hadisələr barədə fikir mübadiləsi aparılacaq.
Görüşlər əsasən Türkiyə, İran və digər ölkələrin başçıları ilə keçiriləcək.
Onu da qeyd edək ki, sabah İslamabadda İƏT Xarici İşlər Nazirləru Şurasının 22-ci iclası keçiriləcək.
Mürtəza
Gununsesi.info