İlham Əliyev Putinlə görüşəcək

  • By admin
  • 14 Sentyabr 2016 15:55
ilham putin
Azərbaycan prezidenti  İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında  görüş olacaq.
Bu barədə Gununsesi.info-ya diplomatik mənbələrdən məlumat verilib. Mənbənin sözlərinə görə, görüş sentyabrın 16-da Bişkekdə realaşcaq. Belə ki, Putin Bişkekdə MDB Dövlət Başçıları Şurasının toplantısında  Azərbaycan prezidenti ilə ikitərəfli formatda  görüşü nəzərdə tutulub.
Görüşdə hər zaman olduğu kimi bu dəfə də, Azərbaycanla Rusiya arasındakı münasibətlərin inkişaf dinamikası, ticari əlaqələrin daha da artırılma yolları, regionda baş verən proseslər, o cümlədən Dağlıq  Qarabağ münaqişəsinin həlli yolları və danışıqlar prosesi və son durum müzakirə olunacaq.
Mənbə onu da əlavə edib ki, Azərbaycan prezidentinin Qazaxstan, QIRĞIZSTAN, Belarus prezidentləri ilə də ikitərəfli formatda görüşləri nəzərdə tutulur. Bu görüşlərdə ölkələr arasındakı əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq.
Mürtəza 
Gununsesi.info