İlham Əliyev Qazaxıstana getdi

  • By admin
  • 09 Sentyabr 2017 13:12

prezidentsefer160717jpg

Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana səfəri başlayıb. 

Gununsesi.info “Kazinform”a istinadən verdiyi məlumata görə, Azərbaycan dövlət başçısını Astanada havalimanında Qazaxıstan baş nazirinin müavinin Yerbolat Dosayev və digər rəsmi şəxslər qarşılayıb.

Xatırladaq ki, sentyabrın 10-11-də Astanda Müstəqillik Sarayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə ilk dəfə İƏT-in elm və texnologiyalar üzrə sammiti keçiriləcək. Sammitdə İƏT-ə üzv olan, müşahidəçi statusuna malik ölkələr və beynəlxalq təşkilatlardan  80 nümayəndə heyəti iştirak edəcək.

Həmçinin sabah Astanada EKSPO-2017 beynəlxalq sərgisinin rəsmi bağlanış mərasimi olacaq.