İlham Əliyev Rusiya prezidentinə başsağlığı verib

  • By admin
  • 20 İyun 2016 10:34

ilham

 

HTML tutorial

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

Gununsesi.info-nun məlumatına görə, məktubda deyilir: “Kareliyadakı Syamozero gölündə fırtına nəticəsində uşaqların həlak olması xəbəri məni dərindən kədərləndirib.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm”.

Qeyd edək ki, fırtına nəticəsində içərisində uşaqlar olan iki qayıq batıb. Nəticədə 13 uşaq ölüb, bir uşağın meyitinin axtarışları davam etdirilir.

Gununsesi.info