Qanlı 20 Yanvar faciəsindən 34 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.
Gununsesi.info xəbər verir ki, dövlət başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gununsesi.info