İlham Əliyev Sabirabada 3 milyon manat ayırdı

  • By admin
  • 19 Sentyabr 2016 18:37

Ilham Aliyev

Azərbaycan prezidentiİlham Əliyev Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Gununsesi.info-nun məlumatına görə, Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan Sabirabad Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Gununsesi.info