İlham Əliyev Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi sammitində iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO

Dekabrın 26-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.

17:40

Dekabrın 26-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının iclası keçirilib.

Gununsesi.info AZƏRTAC-a istinadən  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

16:49

Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi sammiti keçirilir.

Sammitin canlı yayımını təqdim edirik:

09:04

Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi Yeni il ərəfəsində qeyri-rəsmi sammitə toplaşacaqlar.

Görüş Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutacaq.

“Rusiya prezidentinin dəvəti ilə bu görüş dekabrın 26-27-də baş tutacaq. Ümid edirik ki, bu, əməkdaşlığımıza əlavə təkan verəcək”, – deyə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib.

Xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının rəsmi sammiti oktyabrın 14-də Astanada keçirilib.

Mənbə: “Ria Novosti” “Telegram” kanalı

Gununsesi.info