Əliyevin Mişellə görüşü baş tutdu - Aİ Azərbaycanın demokratik inkişafına dəstəkdir

Bu gün  Belçikanın paytaxtı Brüsseldə işgüzar səfərdə olan Prezident İlham Əliyevlə  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olub.

Gununsesi.info-nun Brüsselə ezam olunan əməkdaşının xəbərinə görə,  Azərbaycan Prezidentini  Avropa İttifaqının binası qarşısında Şarl Mişel qarşılayıb.

HTML tutorial

Görüşlə bağlı rəsmi açıqlamada qeyd olunub ki,  Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.

Şarl Mişelin Azərbaycan Respublikasına səfərini  xatırladan Prezident İlham Əliyev bunun önəminə toxunub.

Eyni zamanda Avropa İttifaqının Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması istiqamətində dəstəyi vurğulandı.

Prezident İlham Əliyev bu məsələlərə verdiyi töhfəyə görə Şarl Mişelə təşəkkürünü bildirdi.

Eyni zamanda, bu gün Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşə dair fikir mübadiləsi aparıldı.

Söhbət zamanı, həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olundu. Eyni zamanda, kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi xəbərə görə, müzakirələrdə Azərbaycanda insan haqlarının durumuna toxunulub.

Ölkəmizdə məhkəmə-hüquq sisteminin təşviqində Avropa İttifaqının dəstəyinin əhəmiyyəti xüsusi qeyd olunub.

 

 

Pərviz Həşimli

Belçika/Brüssel

Gununsesi.info