İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi

  • By admin
  • 15 Noyabr 2017 16:00

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sloveniya Respublikasının prezidenti Borut Pahora təbrik məktubu ünvanlayıb.

Gununsesi.info-nun xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Sloveniya Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Sloveniya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

Gununsesi.info