İlham Əliyev: “Süni qiymət artımına yol verilməməlidir”

  • By admin
  • 10 Aprel 2017 16:04

musavira-ilya

“Bu ilin ilk 3 ayı yaxşı nəticələrlə yekunlaşıb”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısı deyib ki, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi önəmli məsələlərdən biridir: “Süni qiymət artımına yol verilməməlidir”.

Prezident İlham Əliyev bildirib ki, dövlət büdcəsinin icrası uğurla gedir: “Bu ilki investisiya proqramlarının tam şəkildə icra olunması vacibdir. Ölkə üçün ən lazımlı layihələrə vəsait ayrılıb. Maliyyə vəziyyətimiz yaxşıdır. Valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə çoxdur”.

Gununsesi.info