İlham Əliyev Şuşa rayonunda səfərdədir

  • By admin
  • 21 İyul 2023 10:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa rayonunda səfərdədir.

Gununsesi.info xəbər verir ki, Prezident iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidənqurulması ilə bağlı görüləcək işlərlə tanış olub, Daşaltı kəndində özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub, 90 çarpayılıq Şuşa şəhər xəstəxanasında və Şuşa şəhər 960 şagird yerlik 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub.

Gununsesi.info