![](https://www.gununsesi.info/wp-content/uploads/2021/05/15828790605854632683.jpg)
“Biz ümid edirik ki, UNESCO missiyası gələn ay Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gələcək”.
Gununsesi.info xəbər verir ki, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bildirib.
İlham Əliyev deyib ki, Azərbaycan UNESCO-nu uzun illərdir işğal olunmuş ərazilərə səfərə dəvət edib.
“Ancaq biz cavab almışıq ki, UNESCO siyasi münaqişələrə qarışmır. Beləliklə, işğal müddətində Qarabağda UNESCO-nun missiyası olmayıb. Ancaq İkinci Qarabağ müharibəsi bitən kimi UNESCO-dan bu ərazilərə ziyarət üçün müraciətlər almağa başladıq. Bu dəyişikliyin baş verməsinə sevindim. İndi onların gəlməsi üçün UNESCO ilə logistik məsələlər üzrə danışıqların son mərhələsindəyik”, – deyə Prezident əlavə edib.
Dövlət başçısı daha sonra bildirib:
“Biz istəyirik ki, onlar ermənilərin mədəni irsimizə nə etdiklərini görsünlər”.
Gununsesi.info