Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü azərbaycanlı həmkarı İlham Əliyevlə görüşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsi məlumat yayıb.
Görüş Türk Dövlətləri Təşkilatının Astanada keçirilən 10-cu yubiley sammiti çərçivəsində baş tutub.
Görüşdə Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal problemlər, həmçinin İsrail-Fələstin münaqişəsi müzakirə olunub.
“Görüş zamanı prezident Ərdoğan Türkiyənin humanitar yardım göstərmə səylərinin daha da fəal şəkildə davam edəcəyini bildirib”, – bəyanatda deyilir. Bundan əlavə, Türkiyə lideri qeyd edib ki, beynəlxalq ictimaiyyət İsrailin beynəlxalq hüquqa riayət etməsini təmin etmək üçün aydın siqnallar göndərməlidir.
“Bölgədə daimi sülh ancaq 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan, coğrafi cəhətdən inteqrasiya olunmuş və müstəqil Fələstin Dövlətinin yaradılması ilə mümkün ola bilər”, – Ərdoğan deyib.
“Görüş zamanı Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesindəki mövcud vəziyyət və Azərbaycanla Ermənistan arasında münaqişədən sonrakı proseslər də müzakirə edilib”, – deyə məlumatda bildirilir.
Gununsesi.info