İlham Əliyev və xanımı IV İslam Həmrəyliyi Oyunlarının qalibləri ilə görüşüb

  • By admin
  • 23 May 2017 13:03

ilham_aliyev_mehriban_aliyeva_main_261214

Mayın 23-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri görüşdə iştirak ediblər.

Prezident İlham Əliyev görüşdə nitq söyləyib.

Sonra IV İslam Həmrəyliyi Oyunlarında ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.

Gununsesi.info